logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
TƏDBİRLƏR

TƏDBİRLƏR

Qovudlu Xıdır Nəbi Bayramı

Xıdır Nəbi bayramı el adəti ilə “Kiçik çilənin” 10-cu günü keçirilir, bu da fevral ayının 10-a təsadüf edir. Bu bayram Azərbaycan xalqının qeyd etdiyi ən qədim bayramlardan hesab edilir. El arasında: “Novruza gedən yol – Xıdır Nəbi bayramından keçir”, – deyirlər.

“Xıdır Nəbi gələn günü, götürürlər qovud unu, qovrulmuş buğdadan çəkilən unu və xəlvət bir yerə qoyurlar. Elə bir yerə ki, ora insan nəfəsi, əl-ayaq toxunmur. Hətta ora onu qoyan adamın özü belə girməməlidir. Xıdırın barmaq izləri həmin qovudun üzərinə düşür. Hansı evdə qovudun üzərinə barmaq izləri düşərdisə, həmin evdə bax bizim kimi bayram edərdilər”.

Qovudlu Xıdır Nəbi Bayramı

Qovud çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil bişirib, yük yığılmış taxtın altına qoyurlar. Həmçinin, çəkilmiş qovuddan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xıdır Peyğəmbər gecə gəlib xəşilə barmağını, qovuda isə əlini basacaq. Xıdırın atının ayaq izinin qovuda düşdüyünə inanılır. Səhər xəşilin, qovudun üzərində iz olarsa, bunu Xıdırın əlinin, barmağının və ya atının ayaq izi olduğunu hesab edirlər və o il həmin evə uğur gələcəyi, bolluq, bərəkət olacağı, arzuların həyata keçəcəyi deyilir.

Ətraflı informasiya

Əlaqə məlumatları

Tel: (+994 22) 315-30-56
E-mail: mail@tovuz-ih.gov.az

Lokasiya

Azərbaycan Respublikası, Tovuz rayonu

Tədbir başa çatıb!

Bu tədbir üçün qeydiyyat dayandırılıb.