logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Turlar və ekskursiyalar

Təbiət gəzintiləri

Abdal çayı şəlalələri
Abdal şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Sığnaq dağının şərq yamacında, onun zirvəsindən təqbirən bir km-dır məsafədə eyniadlı çayın dərəsində yerləşir.Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdal çayı Tovuz rayonunun dağlıq hissəsində, Zəyəm çayının orta axarında olan qoludur. Mənbəyi cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürür.Çayın meyiliyinin çox olması şəlalələrin əmələ gəlməsinə əlverişli şərait yaratmışdır.Onun kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar isə dərəboyu piyada hərəkəti xeyli çətinləşdirir və bəzi yerlərdə, hətta mümkünsüz edir. Bu səbəbdən dərədə insan ayağı dəyməyən yerlərə rast gəlinir.Abdal şəlalələri kaskadı müxtəlif hündürlüklü 8 şəlalədən ibarətdir.Lakin onlardan yalnız ikisi daha hündür və estetik baxımdan cəlbedicidir. Çayaxarı istiqamətində, yuxarıdan birinci şəlalənin hündürlüyü təxminən 20, sonuncu isə 15 metrdir. Şəlalələr adsızdır, lakin onları ictimaiyyətə ilk dəfə açıqlayan C.Qasımov birinci şəlaləni Cəlaləddin, sonuncunu isə Soltan adlandırmışdır. Bura ekoturizm, piyada, dağa dırmanma, macəra və düşərgə turizminin təşkili üçün unikal yerlərdəndir.

Çınqıllı dağ
Kiçik Qafqazın şimal-şərq yamacını əhatə edib, Zəyəm və Əsrik çay dərələrinin suayrıcında yerləşir.Burada dağ çölləri, dağ meşələri və alp çəmənlikləri geniş yayılmışdır.Burada dərin çay dərələrinə, dağ ekosistemlərinə rast gəlinir ki, bu da ekstremal turizm həvəskarları üçün əlverişli şərait yaradır. Dağ ətəklərində çoxlu mineral müalicəvi sulara rast gəlinir. Bunlara misal olaraq Narzan, Tuşsu, Xanbulaq və s. qeyd etmək olar.Dağ silsiləsinin qərb və şərq yamacları Xınna dərəsi və Əsrik dərəsinin ekzotik landşaftı ilə əhatə olunan kənd yaşayış məntəqələrindən ibarətdir.Dağda meşə landşaftı ilə yanaşı fauna növləri də zəngindir. Orta və alçaq dağlıq hissələrində meşə qabanı, canavar, tülkü, porsuq, çüyür, qonur ayı və s. heyvan növlərinə rast gəlinir ki, bu da fotosafari üçün əlverişli sayılır. Yüksək dağlıq ərazilərdə isə bezoar keçiləri və qafqaz muflonuna rast gəlmək olar. Çınqılı dağ silsiləsində kanyoniq, dağa dırmanma, raftinq, ekoloji çığırların təşkili üçün əlverişli şərait vardır.


Eldağ dağı
Çınqıllı dağ silsiləsinin zirvələrindən biri olmaqla dəniz səviyyəsindən mütləq yüksəkliyi 1533 m çatır. Eldağ zirvəsi dik sldırım yamaclardan ibarətdir. Orta hündürlüklü dağ olduğuna görə geniş meşə landşaftı ilə əhatə olunmuşdur. Eldağda geomorfoloji abidələrə, meşələrində yaşı bir neçə yüz ilə çatan palıd və vələs ağaclarına rast gəlinir. Eldağın ətəklərində müalicəvi mineral sular geniş yayılmışdır. Bu suların tərkibi dəmirli, karbonlu və natrium xloridli olmaqla müalicəvi əhəmiyyəti vardır. Qeyd olunan mineral bulqların ətrafında piknik yerləri yaradılmışdır..

Dondar dağları
Çınqıllı sisiləsinə perpendikulyar uzanan, Zəyəmçayın sol sahilində yerləşən Dondar dağı geomorfoloji xüsusiyyətinə görə zəif parçalanmış hündür zirvələrdən ibarətdir. Dondar dağının dəniz səviyyəsindən mütləq hündürlüyü 2017 metrə çatır. Parçalanmış qayalıqdan və aşırımlardan ibarətdir. Dondar dağına gedən çığır əsasən Sarıtala kəndindən keçir. Burada nadir palıd meşələrinə də rast gəlinir. Meşələrinin tərkibində palıd, göyrüş, fısdıq ağacları üstünlük təşkil edir. Həmçinin zoğal, zirinc, çır armud, əzgil, quşəpəyi,qoz və fındıq ağaclarıda yayılıb. Dondar dağı turist çığırları, piknik və düşərgələrin təşkili üçün əlverişlidir. Sarıtala kəndindən başlayaraq Dondar dağına piyada turların ekoztik meşə landşaftından keçməklə, dağ çəmənlikləri ilə əvəz olunur ki, bu da turistlər üçün unudulmaz xatirələr yaradır.

Əsrikçay
Əsrikçay – uzunluğu 90 km, hövzəsinin sahəsi 942 km²-dir. Şahdağ silsiləsinin şimal yamacından axan Şəkərbəy və Çətindərə çaylarının birləşməsindən əmələ gəlir. Əsrik çayı boyunca Azaflı kəndində "Qərib Seyid" ziyarətgahı, Əsrik Cırdaxan kəndində "Cökəli" istirahət zonası, Kirən kəndində "Nəcəf talası" adlanan istirahət mərkəzləri turistlərə xidmət göstərirlər. Əsrikçay istiqamətində olan yaşayış məntəqələrinin ətrafında piknik, dağa dırmanma, piyada və düşərgə turizminin təşkili üçün əlverişli şərait vardır. Çayın yuxarı axarında suyun gursulu olması, sürətinin nisbətən sakit axması raftinq turları üçün əlverişlidir.

Zəyəm çay
Zəyəmçayın uzunluğu 112 km-dir. Hövzəsidə geniş meşə landşaftı yayılmışdır. Çay dərəsi dik və təknəvari olub özünəməxsus gözəlliyə malikdir. Ətrafı ekzotik meşə landşaftı ilə əhatə olunub.Zəyəmçay istiqamətində olan yaşayış məntəqələrinin ətrafında piknik yerləri, piyada və düşərgə turizminin təşkili üçün əlverişli şərait vardır. Zəməyçayın yuxarı axarında kanyoniq və raftinq imkanları da vardır. Bundan başqa balıq tutma, su idmanı ilə məşğul olma, düşərgə qurmaq imkanları da mövcuddur.