logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan

Tovuz Olimpiya İdman Kompleksi

Ulduz

Tovuzda Olimpiya İdman Kompleksi 2011-ci il fevralın doqquzunda istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmiş kompleks Tovuzçayın sol sahilində yerləşir. 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu və yeməkxana yerləşir. İkinci korpusu isə 34 ikiyerlik və bir VIP nömrəsi olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 814 tamaşaçı yeri olan əsas idman zalı yerləşir.

Bundan başqa, idman kompleksində məşq zalları, mini futbol, voleybol, basketbol, həndbol meydançaları, kiçik idman zalı, trenajor zalı və köməkçi otaqları da vardır. Tovuz Olimpiya İdman Kompleksindən istifadə edən turistlərə istirahət üçün xüsusi köşklər, açıq-qapalı restoran xidmətləri təklif olunur.

Turistlər fitness zalı və SPA mərkəzlərindən istifadə etmək üçün əlavə ödəniş edirlər.Kompleksin tərkibində 1 böyük olmaqla, 2 konfrans zalı fəaliyyət göstərir. Kompleksdə gecələmənin qiyməti standart nömrələrdə 50 manat, VİP nömrədə160 manat, kotteclər isə 120 manata gələn qonaqlara təklif olunur.

Nömrələrdə havalandırma sistemləri, kondisonerlər, plazma televizor və Wi-fi vardır.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı