logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan

“Su səsi” istirahət mərkəzi

Ulduz

“Su səsi” istirahət mərkəzi Yanıqlı və Avdal kəndləri arasında yerləşir. 2011-ci ildən fəaliyyət göstərir. Əvvəlcə 4 kottec və 1 restorandan ibarət olmuşdur. Hazırda isə 78 yerlik oteldən və 6 kottecdən ibarətdir. İstirahət mərkəzində müxtəlif kütləvi tədbirlərin keçilirməsi üçün 150 yerlik açıq tipli restoran fəaliyyət gösətərir.

İstirahət mərkəzi 20 ha ərazidə yerləşir və 2 hovuzu vardır. Hovuz Zəyəm çayının kənarında, çaydan vurulan su hesabına çay–çimərliyi kimi təşkil olunmuşdur. Çimərliyin suyu çay və axarlı sudan ibarət olduğuna görə hovuzun suyu təmiz olur.

İstirahət mərkəzinin həyətində olan hovuzda müxtəlif növ balıq yetişdirilir. İstirahət mərkəzinin aşağısında olan hovuz çimərlik üçün daha çox istifadə olunur. Yay aylarında turistlərlə yanaşı Tovuz şəhəri və digər bölgələrdən gələnlərdə qeyd olunan çimərlikdən istifadə edirlər. Giriş qiyməti böyüklər üçün 2 manat, uşaqlar üçün isə 1 manat təşkil edir.Restoranın yaxınlığında piknik yerləri və istirahət köşkləri vardır. Həmçinin özünə xidmət üçün VİP barbekü (manqal) yerləri turistlərə təklif edilir.

Qiymətləri kotteclərdə 50-70 manat, oteldə standart 2 nəfərlik otaqları isə 80 manatdan başlayır.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı