logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan

“Şam bağı” istirahət mərkəzi

Ulduz

İstirahət mərkəzi Tovuz şəhərinin mərkəzinə yaxın yerləşir. Ümumi həyətyanı sahəsi 2 ha-dır. Ümumilikdə 9 kotteci olan istirahət mərkəzinin, 2 nəfərlik 4 kotteci və 4 nəfərlik 5 kotteci mövcuddur. Kotteclərdə televizor, mini mətbəx və soyuducu vardır.

Qonaqların istirahəti üçün kotteclərdə terraslar qurulmuşdur. Bu istirahət mərkəzi ilboyu fəaliyyət göstərir. Müəssisədə 150 yerlik şadlıq sarayı və açıq, qapalı tipli restoranı vardır. Restoranlara gələn qonaqlara milli mətbəx nümunələrinə əsasən yeməklər təklif olunur.

İstirahət mərkəzində gecələmənin qiymətinə səhər yeməyi daxil deyildir. Mərkəzin həyətyanı sahəsində geniş yaşıllıq zonası yaradılmışdır.

Qiymətləri 2 nəfərlik kottecdə 50 manat, 4 nəfərlik kotteclər isə 80 manatdan başlayır.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı