logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan

“Аyan Palace” otel

Ulduz

Tovuz rayonunda 5 ulduzlu otel olaraq fəaliyyət göstərir. Ümumi sahəsi 5,2 ha-dır. Avanqard və modern arxitektura üslublarının sintezindən əsasında inşa olunan otelin interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksesuarlardan istifadə olunub.

Oteldə 120 nəfərlik qapalı, 100 nəfərlik açıq tipli restoranlar fəaliyyət göstərərir. Otelin 65 nömrəsi vardır ki, bununda əsas hissəsi standart otaqlardan ibarətdir.Otel kompleksinə idman sağlamlıq mərkəzidə daxildir. Burada üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor və masaj otaqları vardır.

Beş mərtəbədən ibarət bu müasir hoteldə konfrans zalı, restoran, bar, mağaza, mətbəx və digər xidmət otaqları qonaqların ixtiarına verilir. Bütün otaqlar rəqəmli seyf, mini-bar, havalandırma sistemi, peyk televiziya anteni, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib.

Oteldə standart iki nəfərlik otağın qiyməti 199 manatdan başlayır. Yay mövsümündə qiymətləri nisbətən artır.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı