logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan

“Avdıoğlular” istirahət mərkəzi

Ulduz

Tovuz rayonu, Qazqulu kəndində yerləşən “Avdıoğulları” istirahət mərkəzi restoran və yerləşmə təyinatlı olaraq fəaliyyət göstərir. İstirahət mərkəzi 5 ha sahəni əhatə etməklə 5 ədəd 2 otaqlı kottec, 2 ədəd 3 otaqlı kottec, 1 ədəd 2 mərtəbəli villadan ibarətdir. İstirahət mərkəzi 2012-ci ildən fəaliyyət göstərir. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. İstirahət mərkəzində 120 nəfərlik açıq və qapalı restoran fəaliyyət göstərir. Restoranlarda milli mətbəxlə yanaşı, Avropa və Türk milli yeməkləri də müştərilərə təqdim olunur.

Burada gecələyən turistlər üçün səhər yeməyi də təqdim olunur. Turistlərin istirahəti üçün SPA və sauna mərkəzi də fəaliyyət göstərir. İstirahət mərkəzində müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı vardır.Bütün otaqlar rəqəmli seyf, mini-bar, havalandırma sistemi, peyk televiziyası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib.

Hər şəraiti olan idman sağlamlıq mərkəzi xüsusilə diqqəti cəlb edir. İstirahət mərkəzi geniş yaşıllıq zonası ilə əhatə olunmuşdur. Burada 1000-dək ağac və kol bitkiləri əkilmişdir. Yaşıllıq ərazisində gələn turistlərə piknik yerləri təklif olunur.

İstirahət mərkəzində qiymətlər mövsümdən asılı olaraq dəyişir. 2 otaqlı 1 gün-50 manat, 1 həftə-250 manat, 1 ay-800 manat təşkil edir.

Onu da qeyd edək ki, 3 otaqlı 1 gün-75 manat, 1 həftə -300 manat, 1 ay-1000 manat olmaqla ailəvi kotteclərdə vardır.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı