logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Ulduz

Pələkli kəndi Əsrik çayının sahilində, Şah dağ silsiləsinin ətəyində yerləşir. Dağ-meşə və dağ-çölləri ilə əhatələnib. Yayı sərin və quraq keçir, qış ayları isə soyuq və qarlı keçir. Kəndin ekzotik landşaftı, kiçik şəlalələrin olması, təbiət abidələrinin mövcudluğu onun turizm baxımından cəlbedici olmasına səbəb olmuşdur. Kənd əhalisi heyvandarlıq, arıçılıq və az miqdarda əkinçiliklə məşğuldur. Pələkli kəndində yerli ənənələrə əsaslanan qoyun pendiri hazırlanır. Burada dəmyə şəraitində becərilən kartofun dadı regionda məşhurdur. Kəndin ətrafında piknik yerləri, piyada gəzinti və düşərgələrin qurulması üçün əlverişli şərait vardır. Pələkli kəndində 80-dan çox ev var. Burada ailə ilə birlikdə qalmaq və ayrıca fərdi evləri kirayə etmək mümkündür. Əsasən aylıq kirayə verilməsinə üstünlük verilir. Qiymətləri bir ay üçün 250-300 manat təşkil edir.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri
Bələdçi turları
Qəlyanaltı barı