logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan

Yerli çörək və un məmulatları

Qiymət

Tovuz rayonunda ənənəvi çörək və digər un məmulatlarının bişirilməsi Əsrik və Zəyəmçay dərəsi boyunca yerləşən yaşayış məntəqələrində yayılmışdır. Burda yerli dəyirmandan alınan un məmulatları əsasında bişirilən çörəklər daha dadlı olmaqla yanaşı, insanlarda xoş ovqat yaradır. Rayonda Əsrik Çırdaxan, Çataq, Yuxarı Öysüzlü kəndlərində qədimdən dəyirmanlar fəaliyyət göstərmişdir. Hazırda Tovuz rayonunda yerli tədbirlər və dəmirdən düzəldilən saclarda müxtəlif çörək və un məmulatları hazırlanır. Rayonda təndir çörəyi, yuxa, yayma, qutab, yeddi qatlı fəsəli, döyməc və qalınca adlanan un məmulatları bişirilir.

Rayonun Yuxarı Öysüzlü, Quşçu, Əsrik Çırdaxan, Bozalqanlı, Çataq, Qovlar yaşayış məntəqələrində yay mövsümündə (may-sentyabr) təndir çörəyi, sacda lavaş, yayma və qutab (kətə) bişirənlərin sayı artır. Kəndlərdə bir çox evlərdə təndirlər vardır.

Rayona gələn turistlərə yerli dəyirman unundan alınan təndir çörəkləri, lavaş, yayma, qutab, fəsəli və s. təqdim olunur.

Rahatlıq
Kartla ödəniş
Pulsuz dayanacaq
Təbii qida
Heyvan dostu
Rezervasiya
Spirtli içki
Günün təklifi
Pulsuz Wi-Fi
Siqarət çəkmək yeri