logo

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur.

Telefon
Ünvan
Elektron ünvan
Görməli Yerlər

Qərib Seyid ziyarətgahı(Azaflı kəndi)

Ziyarət yeri XIX əsrin sonlarında Azaflı kəndinə gələn bir seyidin adı ilə bağlıdır. Onun xəstələrə şəfa verməsi, dini biliklərinin çox olması və onun məşhur Xələfi seyidlərindən olduğunu qeyd edirlər. XX əsrin 30-cu illərində vəfat edən seyidin dəfn olunduğu yer ziyarətgah olaraq yerli əhali tərəfindən istifadə olunur. Ziyarət yerinin Tovuz-Böyük Qışlaq yolunun kənarında yerləşməsi onun türbəsini ziyarət edənlərin sayının çox olmasına imkan verir. Burada ibadətgah, qurban kəsmək üçün yerlər ayrılmışdır.Qərib Seyid kimi tanınan şəxs çar Rusiyası dövründə qərb zonasının ən imkanlı şəxslərindən biri olub. O dövr üçün tikilməsi çətin olan bir bina tikdirib. Bu bina 5 otaqdan ibarət olub. Bina sovet hökümətinin ilk illərində kolxoz, sonra orta məktəb, daha sonra isə dəmirçixana olub. Bina ən axırda isə xəstəxana binası kimi fəaliyyət göstərib.Qərib Seyidin anadan olduğu il dəqiq bilinməsə də, dəfn olunduğu il 1902 kimi bilinir. Bu tarix onun qəbrinin üstündə ərəb əlifbası ilə Hicri təqviminə uyğun yazılıb. Qərib Seyidin qəbrinin yanında öz qızı da dəfn olunub.